Bakıda iki avtomobil toqquşdu - Ölən və yaralanan var

28 Sentyabr 2015 11:28 (UTC+04:00)

AzNews.az Lent.az-a istinadən xəbər verir ki, Bakı-Ələt magistralının 26-cı kilometrliyində, Qaradağ rayonu ərazisində "Mercedes" və "Opel" markalı iki avtomobil toqquşub. Nəticədə 1 nəfər hadisə yerində dünyasını dəyişib, daha 1 nəfər isə ağır xəsarət alıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.