Oqtay Şirəliyev 52 işçisini cəzaladırdı - Şikayətlərə görə

28 Sentyabr 2015 15:03 (UTC+04:00)


AzNews.az xəbər verir ki, nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 2015-ci ilin keçən dövrü ərzində "Qaynar xətt" və "Elektron Səhiyyə" xidmətlərinə 28 mindən artıq müraciət daxil olub. Müraciətlərin 13%-ni səhiyyə müəssisələrinin bu və ya digər əməkdaşının göstərdiyi xidmət səviyyəsindən şikayət təşkil edib.

Əvvəlki illərlə müqayisədə xaricdə müalicə üçün müraciətlərin sayı xeyli azalıb.

Səhiyyə Nazirliyinin "Qaynar xətt" və "Elektron Səhiyyə"xidmətinə daxil olan hər bir vətəndaş müraciəti zəng daxil olduğu andan, məsələ həll edilənədək nəzarətdə saxlanılır və öz həllini tapır. Zəruri hallarda "Qaynar xətt" və "Elektron Səhiyyə" xidmətinə müraciətlər operatorlarla yanaşı, Səhiyyə Nazirliyinin rəhbər şəxsləri tərəfindən cavablandırılır.