Orxan Zeynalov Azərbaycana verilir

28 Sentyabr 2015 15:06 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu haqda Modern.az saytına Orxan Zeynalovun atası Zahid Zeynalov məlumat verib.

O deyib ki, hazırda oğlunun Azərbaycana ekstradisiyası üçün sənədlər hazırlanır:

"Mübariz Qurbanlı sağ olsun, məni yaxşı qarşıladı. Ərizə verdik, hazırda sənədlər hazırlanır. Mübariz müəllim əvvəldən Orxanın Azərbaycana qaytarılması üçün kömək edəcəklərini demişdi. İndi vədinə əməl edir. Sağ olsunlar".

Zahid Zeynalov həbsdə olan oğluna baş çəkdiyini də bildirib: "Ona baş çəkdim, səhhəti də, saxlanma şəraiti də normaldır".