Fərda Xudaverdiyev konsert verəcək

23 Oktyabr 2012 09:06 (UTC+04:00)
Aktyor Fərda Xudaverdiyev şəxsi maliyyə dəstəyi ilə dekabr ayında konsert proqramı keçirəcək. Bu barədə AzNews.az-a aktyor özü deyib. O, bildirib ki, həmin konsertə bütün iş adamalarını, mədəniyyət və incəsənət nümayəndələrini dəvət edəcək:"2013-cü ilə keçəməzdən əvvəl yüksək səviyyəli konsert proqramı keçirəcəyəm".

F.Xudaverdiyev digər yaradıcı işlərindən də danışıb: "Paytaxt salatı" yumoristik-serialınının bu ilin dekabr ayı işıq üzü görəcəyinə ümid edirəm. Özümün ssenari müəllifi olduğum "Ögey ata" filminin çəkilişlərinə başlamışam. Noyabr ayında da həmin film hazır olmalıdır".

Fuad Mədətov
AzNews.az