Qorbaçov təcili xəstəxanaya yerləşdirildi

28 Sentyabr 2015 16:32 (UTC+04:00)
SSRİ-nin keçmiş prezidenti Mixail Qorbaçov səhhətinin kəskin pisləşməsi ilə əlaqədar Moskvada xəstəxanaya yerləşdirilib. Bu barədə "LifeNews" məlumat yayıb.

AzNews.az oxu.az-a istinadən verir ki, Qorbaçov bazar ertəsinə keçən gecə özünü pis hiss etdiyinə görə həkimlər onun xəstəxnaya yerlşədirilməsi barədə qərar qəbul ediblər.

"LifeNews" qeyd edib ki, Qorbaçov özü xəstəxanaya yerləşdirilməsi barədə xəbəri təsdiq edib.

Qeyd edək ki, öncə Qorbaçov ağır xəstəliyi barədə şayiələrdən sonra ictimaiyyət qarşısına çıxb. O, alman jurnalist və politoloq Vilfrid Şarnatlın "Kursun dəyişdirilməsi" kitabının təqdimatında çıxış edib.