Daha bir beynəlxalq konfrans

23 Oktyabr 2012 09:07 (UTC+04:00)
Sabah Bakıda Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi "Azərbaycanda orta sinif: sosial, iqtisadi, siyasi dinamika və perspektivlər" mövzusunda konfrans keçirəcək.

Konftransın "Orta sinfin sosial-iqtisadi aspektləri: gerçəklik və perspektivlər" adlı birinci panelində "Azərbaycanda sahibkarlığın inkişafı və orta sinfin formalaşmasında onun rolu", "Azərbaycanda orta sinfin inkişafı", "Orta sinif və inkişaf", "Orta sinif və biznes", "Orta sinif: siyasi sabitliyin əsası" adlanan ikinci paneldə isə "Orta sinif və gender məsələsi", "Azərbaycanda orta sinfin inkişafının siyasi aspektləri" və "Gənclərin orta sinfin formalaşmasında rolu" kimi mövzuların müzakirələri planlaşdırılır.

Gültəkin Qəhrəmanlı
AzNews.az