AŞPA qış sessiyasında yeni prezident seçəcək

28 Sentyabr 2015 17:59 (UTC+04:00)

AzNews.az APA-ya istinadən xəbər verir ki, bunu hazırkı prezident Ann Brassör Strasburqda başlayan payız sessiyasında çıxışı zamanı deyib.

"2016-cı ilin yanvarından yeni prezident olacaq. Bu, prezident kimi mənim son iclasımdır", - deyə o, söyləyib.

AŞPA-nın daxili prosedur qaydalarına uyğun olaraq prezidentlik növbəsi Avropa Xalq Partiyası fraksiyasına çatıb. Bu fraksiyadan isə prezidentliyə namizədlik üçün fraksiyanın rəhbəri Pedro Aqramunt və AŞPA-nın keçmiş prezidenti Jan Klod Minyon mübarizə aparacaq. Xatırladaq ki, P. Aqramunt AŞPA-nın Azərbaycan üzrə həmməruzəçisidir.