İsgəndər Cavadov: “Vaqif Cavadov əvvəlki kimi oynaya bilmir”

23 Oktyabr 2012 09:09 (UTC+04:00)
"Cavadov əvvəlki kimi oynaya bilmir". Bu sözləri AzNews.az –a açıqlamasında futbol veteranı İsgəndər Cavadov bildirib.

Onun sözlərinə görə, Vaqif Cavadov artıq 2 ildir ki, stabil oyun sərgiləmir :"Bu barədə çox danışmaq olar, o, Rusiya ilə matçda da bacardığını ortaya qoya bilmədi, onun istedadı var, amma gərək onu göstərə bilsin. Vaqif əvvəllər Azərbaycan klublarında oynadı. Sonra xarici klublara getdi və yenidən vətənə qaydı.

Bilirsiniz ki, futbolda hər bir baş məşqçinin öz taktikası var və o bir çox klublarda çıxış etməklə öz oyun üslubunu itirdi. İndi də milli komandada öz oyununu tapa bilmir. Xarici klublarda ona başqa oyun tapşırıqları verilirdi, bizim klublarda və yığmada isə oyun taktikası başqadır. Bunları da unutmaq lazım deyil. Bir az tənbəllik etməsə, yenidən əvvəlki oyunlarına qayıda bilər".

İsgəndər Cavadov Vaqifin 2 il öncə Rusiyaya qarşı millinin keçirdiyi oyunu yada salaraq, həmin matçda futbolçunun daha fəal olduğunu dedi : " Həmin vaxtı Vaqif daha çevik oynayırdı, hər kəs ondan danışırdı. İndi isə bu futbolçunun oyununda problemlər var. Mənim yaxın adamım olduğu üçün o tərif edə bilmərəm, gərək reallığı da danışasan".

Rüfət Azəri
AzNews.az