Hərbi sursat partladı - Mülki şəxs yaralandı

28 Sentyabr 2015 21:24 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Şəhlabad kəndində məcburi köçkünlərin məskunlaşdığı məktəb binasının həyətində baş verib.

Belə ki, Laçın rayonundan olan məcburi köçkün Rizvan Zeynalabdin oğlu Bədəlov həyətdə ocaq qalayarkən güclü partlayış baş verib. Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan yaralı ilk öncə Tərtər, daha sonra isə Bərdə Rayon Mərkəzi Xəstəxanasına aparılıb. R.Bədəlov əməliyyat olunduqdan sonra Bərdə Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib.

Həkimlərin sözlərinə görə, partlayış zamanı R.Bədəlovun hər iki ayağına və qarın boşluğuna hərbi sursat parçaları daxil olub. Sursatın qalıqları onun bədənindən çıxarılıb, hazırda yaralının vəziyyəti orta-ağır qiymətləndirilir.

Onun yaxınlarının "Report"a verdiyi məlumata görə, bu gün axşam saatlarında Rizvan Bədəlov həyətdə təmizlik işləri apardıqdan sonra yığılan zibili yandırmaq qərarına gəlib və bir neçə dəqiqə sonra güclü partlayış baş verib.