İran soydaşlarımızı Ermənistan bazarlarına göndərir

23 Oktyabr 2012 09:30 (UTC+04:00)
İran Ermənistanla əlaqələri inkişaf etdirməyə çalışır. Bunu İranın Şərqi Azərbaycan vilayətinin kənd təsərrüfatı idarəsinin rəhbəri Məsud Məhəmmədian Ermənistanın İnnovasiya mərkəzinin rəhbəri Aram Vardanyanla görüşündə bildirib.

İRNA xəbər verir ki, İranın Kənd Təsərrüfatı Nazirliyinin təmsilçisi Ermənistanın Şərqi Azərbaycan üçün yaxşı bazar olduğunu vurğulayıb. O, ölkələr arasında əlaqələrin müxtəlif sahələrdə inkişaf etdiyini vurğulayaraq, ikitərəfli müqavilələrin mühüm əhəmiyyətini qeyd edib.

Alpər Oğuz
AzNews.az