Bakıda piyada avtomobil qəzasının qurbanı oldu

29 Sentyabr 2015 11:26 (UTC+04:00)

Bakı Şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, qəza Ziya Bünyadov prospektində qeydə alınıb. Belə ki, Bakı şəhər sakini 1976-cı il təvəllüdlü Hüseyn Nəcəfov idarə etdiyi "Mersedes" markalı avtomobil piyada 1938-ci il təvəllüdlü Şavər Talıbovu vurub. O, dərhal 3 saylı xəstəxanaya yerləşdirilib. Həkimlərin onu xilas etmə cəhdlərinə baxmayaraq H.Talıbov vəfat edib.