Yataraq arıqlamağın 6 qızıl - Qaydası

29 Sentyabr 2015 14:30 (UTC+04:00)


Bunun üçün yatmazdan əvvəl əzələlərinizi işlətmək və yağ əritmək üçün əməl etməli olduğunuz bəzi qaydalar var.

1. Qaranlıqda yağ əritməyə kömək edən melatonin hormone ımələ gəlir. Buna görə, bacardığınız qədər qaradnlıq otaqda yatın. Yaxud da gözlərinizi nə iləsə bağlamağınız məsləhətdir.

2. Yeməyinizi nə qədər tez yesəniz o qədər də tez həzm edəcəksiniz. Buna görə də, axşam 7-dən sonra əsla yemək yeməyin.

3. Gecə acma ehtimalı olduğundan bacardığınız qədər tez yatın.

4. Axşam yeməyindən sonra xəfif tempdə idman edin. Bu, həm yatarkən əzələlərinizin işləməsinə, həm də gümrah olmağınıza səbəb olacaq.

5. Bədən soyuq havada daha çox kalori yandırır. Çox isti otaqlarda yatmayın.

6. Protein çox gec həzm olur. Gecə yatanda hərəkətsiz qalacağınız üçün həzm prosesi lap zəifləyir. Axşam yeməyində protein tərkibli yeməklərdən qaçın.

AzNews.az