Şahbaz Xuduoğlu oğurlanan 13 min dollardan danışdı

29 Sentyabr 2015 14:51 (UTC+04:00)

Nəşriyyatın rəhbəri "Qafqazinfo"ya açıqlamasında bildirib ki, təhqiqat işləri davam edir: "Araşdırmalar aparılır, konkret kiminsə üzərində dayanılmayıb. Şübhəli bilinən şəxslər var. Biz də nəticəni gözləyirik. Ümid edirəm, məsələ müsbət həllini tapar".

Xatırladaq ki, bir neçə gün öncə "Qanun" Nəşrlər Evində oğurluq hadisəsi baş verib və nəşriyyatın binasından içində 13 min dollar olan seyf aparılıb.