Oksana ilə Elşadın nikah şəhadətnaməsi üzə çıxdı - Foto

23 Oktyabr 2012 10:18 (UTC+04:00)
Rəqqasə Oksana Rəsulova repçi Elşad Xosedən ayrılmaq barədə qəti qərar verib. Lakin bir sıra mətbu orqanlar Oksananın Elşad ilə rəsmi nikahda olmadığını iddia ediblər. Milli.Az xəbər verir ki, bu informasiyaları təkzib etmək üçün rəqqasə Day.Az saytının redaksiyasına müraciət edib.

"Mən oxuculara nikah haqqında şəhadətnamənin surətini göstərmək istəyirəm. Şəhadətnamənin əsli məhkəmədədir. Çünki bir ay əvvəl boşanma haqda ərizə yazmışam. Ümid edirəm ki, indi o jurnalistlər məndən əl çəkərlər", - o qeyd edib.

AzNews.az