İblisin xilas etdiyi yazıçı... - Əziz Rzazadənin “Qar havası”nda

29 Sentyabr 2015 16:00 (UTC+04:00)

AzNews.az xəbər verir ki, "Qanun" nəşriyyatında ərsəyə gəlmiş kitabda gerçək həyatla mistikanın qovuşur. Əsərin personajları həm bu günün, həm də yaxın keçmişin mənəvi əzablarının daşıyıcılarıdır.
...Bir kitabın nəşrinə görə qısnanan, işini itirən, həmkarlarının tənəsi ilə üzləşən, ictimai qınağa tuş gələn, sonda iflic keçirən və ev dustağı halına düşən yazıçı. Çıxılmaz durumda kömək diləyəsi, mədəd istənəsi kimsə yoxdur. Amma gözlənilmədən yazıçının halına acıyan tapılır – İblis...

"Qar havası" – insani duyğu və hisslərini basdıraraq öz meyar və dəyərlərini bütləşdirmiş ahıl bir ədəbiyyatşünas -alimin, yazıçının hekayətidir. Kövrək uşaqlıq illəri yaralı, təbiətən miyanaçı, həyatın hər anında orta xətti gözləməyə alışmış bu adam daima Xeyirlə Şər arasında var-gəl edir. "Mən ədalət və haqqın tərəfindəyəm" söylədiyi halda, Allahdan üz çevirib şeytanla iş birliyinə gedir. Sonunda ömrünün böyük hissəsini boşuna yaşadığını, iftixar etdiyi nə varsa itirdiyini görüb o, məbəddə deyil, müqəddəs sayıla biləcək yeganə oğlunun məzarı başında tövbə edir.