Tovuzlu təsərrüfatçıdan rekord

29 Sentyabr 2015 16:38 (UTC+04:00)

AzNews.az Kəpəz TV-yə (Region TV) istinadən məlumat verir ki, rayonun Düzqırıxlı kənd sakini 45 yaşlı Gündüz Bağırov öz təsərrüfatında iri balqabaq yetişdirməyə nail olub. Bu balqabağın çəkisi nə az, nə çox – düz 55 kiloqramdır.

Təsərrüfatçının sözlərinə görə, bu, Azərbaycanda yetişdirilən ən böyük balqabaq sayıla bilər.