Zərdabda 71 yaşlı kişi intihar etdi

29 Sentyabr 2015 17:47 (UTC+04:00)

Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün saat 17.00 radələrində qeydə alınıb. Rayon sakini, 1944-cü il təvəllüdlü Ağayev Bülbül Sotanhəmid oğlu yaşadığı evdə özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Zərdab Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.