ABŞ Suriya məsələsində Rusiya ilə anlaşdı

29 Sentyabr 2015 17:59 (UTC+04:00)

Lent.az Reuters-ə istinadən xəbər verir ki, Con Kerri problemin həllinin təməl prinsipini razılaşdırdıqlarını deyib və sabah rusiyalı həmkarı Segey Lavrovla görüşüb məsələni detallı müzakirə edəcəklərini deyib.

ABŞ-ın xarici siyasət idarəsinin rəhbəri MSNBC telekanalına müsahibəsində əlavə edib ki, Rusiya ilə ilk olaraq Bəşər Əsədin əlindəki kimyəvi silahlarla bağlı razılaşma əldə edilib.

Bu gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov "Russia Today"ə açıqlamasında Suriyanın çökməsinə imkan verməyəcəklərini deyib və bölgədəki heç bir qüvvə ilə bağlantılarının olmadığını deyib. O əlavə edib ki, Obama və Putin İŞİD-in təsir dairəsini genişləndirməsindən narahatdır və terror təşkilatının məhv edilməsi əsas vəzifə kimi qoyulub.