Ərdoğandan bayrağımızın düyünlənməsi ilə bağlı - Açıqlama

29 Sentyabr 2015 21:25 (UTC+04:00)

AzNews.az bizimyol-a istinadən xəbər verir ki, bundan əlavə asılan Azərbaycan bayrağı da düyünlənib. Məsələyə Türkiyə mətbuatında da geniş yer verilib. Türkiyə bayrağının olmamasının və yalnız Azərbaycan bayrağının bu formada asılmasının qəsdən edildiyi düşünülür.

Məsələ ilə bağlı Türkiyə prezidenti R.T.Ərdoğan da açıqlamalar verib:

"Hamburgdakı tədbirdə Trinidadın bayrağı var, amma Türkiyənin bayrağı yoxdur. Yaponiyanın bayrağı var, amma Türkiyənin bayrağı yoxdur. Bəs sizin bayraqla probleminiz yox idi? Kimi aldadırsınız? Sizin millətlə də, vətənlə də, dövlətlə də probleminiz var."