Lökbatanda dava - 20 nəfər 1 gənci ölümcül döydü
29 Sentyabr 2015 23:12 (UTC+04:00)
AzNews.az xəbər verir ki, hadisə şahidlərinin Ölkə.Az-a verdikləri məlumata görə, Lökbatan qəsəbəsi "Lion" otelin qarşısında baş verən əlbəyaxa davada 15-20-ə yaxın şəxs bir gənci ölümcül şəkildə döyüb.
Döydükdən sonra həmin gənci sürüyərək "Niva" markalı avtomobilə qoyaraq hadisə yerindən uzaqlaşıblar.
Döyülən gəncin 22-25 yaşı olduğu bildirilir. Hadisəyə səbəb hələki tam məlum deyil. Şahidlərin ilkin versiyalarına görə, namus məsələsi üzərində baş verib.