9 ayda 293 qurban

23 Oktyabr 2012 10:38 (UTC+04:00)
Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda 80 qadın və 121 kişi intihar edib. Bu barədə məlumatlar "Təmiz dünya" İctimai Birliyinin ilin 9 ayı ərzində apardığı monitorinq zamanı əldə edilib.

Təşkilatdan AzNews.az verilən məlumata görə, intihar hallarının sayı ötən illə müqayisədə artıb.

Ailədaxili zorakılığın qurbanı olan qadınların sayı isə bu müddət ərzində 47 nəfər təşkil edib. Ailədaxili zorakılığın qurbanı olan kişilərin də sayı az olmayıb - 45 nəfər. Bunlar əsasən ailə üzvləri, yaxın qohumları tərəfindən qətlə yetirilənlərdir.

Elnarə Əlosmanqızı
AzNews.az