Elmar Məmmədyarov Pavlo Klimkin ilə görüşdü - Foto

30 Sentyabr 2015 10:36 (UTC+04:00)

XİN-dən AzNews.az-a verilən məlumata görə, görüş zamanı Ukraynadakı vəziyyət və Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar barədə məlumat verərək, münaqişənin yalnız beynəlxalq hüququn norma və prinsipləri, xüsusilə beynəlxalq səviyyədə tanınmış sərhədlərə, dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət əsasında həll edilməli olduğunu qeyd edib.

GUAM çərçivəsində əməkdaşlığın region dövlətləri arasında əlaqələrin inkişafında vacib rol oynadığını qeyd edən nazir Elmar Məmmədyarov təşkilat daxilində humanitar və iqtisadi sahədə əməkdaşlıq üçün əlverişli imkanların olduğunu bildirib.

Elmar Məmmədyarov ukraynalı həmkarını Azərbaycana səfərə dəvət edib. Ukraynalı nazir dəvəti məmnuniyyətlə qəbul edib.