İşləyən əlillərin pensiyaları artırılacaq

30 Sentyabr 2015 11:20 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman mehdiyev deyib. Bildirib ki, işləyən əlilliyə görə əmək pensiyaçılarına pensiyaların baza hissəsi ilə yanaşı, sığorta hissəsinin də ödənilməsi nəzərdən keçirilir: "Hazırda işləyən əlilliyə görə əmək pensiyaçılarına yalnız pensiyanın baza hissəsi ödənilir. Ona görə də bu kateqoriyadan olan şəxslərin sosial müdafiəsinin daha da yaxşılaşdırılması sahəsində davamlı tədbirlərin mühüm komponenti kimi qeyd edilən məhdudiyyətin aradan qaldırılması və həmin şəxslərə pensiyanın tam məbləğdə ödənilməsi də nəzərdə tutulur".

AzNews.az