Samir Əsədlinin namizədliyi qeydə alındı

30 Sentyabr 2015 13:58 (UTC+04:00)


AzNews.az xəbər verir ki, Samir Əsədli açıqlamasında ciddi seçki kampaniyaya hazırlaşdığını və yaşadığı ərazidə təbliğat imkanlarının geniş olduğunu açıqlayıb:

"Namizədliyimin qeydə alınması üçün 546 imza təqdim etdik. Yeri gəlmişkən, imzatoplama kampaniyamda iştirak edən və mənə imzasını əsirgəməyən mənə imza verən hər bir kəsə təşəkkür edirəm. Özüm 11 saylı Qaradağ Seçki Dairəsinin ərazisində yaşayıram, dairəni əhatə etdiyi yaşayış məntəqələrini və seçiciləri yaxşı tanıyıram. Demək olar ki, bütün qəsəbələrlə əlaqələrim var. VHP-nin Qaradağ rayon təşkilatı kifayət qədər güclüdür. Mən də özək təşkilat sədri, partiyanın Qaradağ təşkilatının sədri olmuşam. Həmçinin 5 il Qızıldaş bələdiyyəsinin üzvü olmuşam. Böyük səs çoxluğu ilə bələdiyyə üzvü seçilmişdim. Ona görə də ciddi seçki rəqabəti aparacağıma heç bir şübhə ola bilməz".