Azərbaycanlı oğlan erməni ilə eyni səhnədə - Dostluq nümayiş etdirdilər (VİDEO)

30 Sentyabr 2015 16:03 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Şövqi Əhədov adlı həmyerlimiz Araik Manqasaryan adlı erməni ilə verilişə qatılıb. Onlar "Bozun 50 çaları Qafqazda" adlı səhnə göstəriblər.

Verilişin mahiyyəti isə ondan ibarətdir ki, iştirakçılar jüri üzvlərini 1 dəqiqə içərisində güldürməlidirlər. Şövqi Əhədovun erməni həmkarı ilə nümayiş etdirdiyi səhnə isə jüri üzvlərini güldürə bilib və onlar verilişdə yenidən birlikdə çıxış etmək şansı qazanıblar.

Verilişin aparıcısı isə səhnədən əvvəl "erməni-azərbaycanlı" dostluğundan məmnun olduğunu deyib və iştirakçıları bu dostluğa görə təbrik edib.