Elmar Məmmədyarov Yohannes Hann ilə görüşdü

30 Sentyabr 2015 19:09 (UTC+04:00)

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, E.Məmmədyarov Avropa Parlamenti tərəfindən Azərbaycan haqqında qəbul edilmiş əsassız və cəfəng qətnamə vasitəsilə bəzi dairələrin Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinə zərbə vurmaq məqsədi güddüklərini diqqətə çatdırıb. Bu qətnamənin və qərəzli münasibətin qəbuledilməz olduğunu vurğulayıb

Y.Hann Avropa İttifaqının Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu və hətta bir sıra sahələrdə əməkdaşlığı genişləndirmək arzusunda olduğunu bildirib.

O, qarşılıqlı faydalı əməkdaşlığın təmin edilməsi məqsədilə yaxın zamanlarda təmaslara başlanacağına ümidvar olduğunu diqqətə çatdırıb.