Partiya sədri MHP-nin qurultayına gedir

23 Oktyabr 2012 11:04 (UTC+04:00)
Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı Türkiyənin aparıcı siyasi partiyalarından olan Millətçi Hərəkat Partiyasının qurultayında iştirak edəcək.

VHP Təşkilat Şöbəsindən AzNews.az-a verilən məlumata görə, MHP-nin baş qərargahından partiyanın noyabrın 4-də keçiriləcək 10-cu qurultayında qonaq qismində iştirak etməsi üçün millət vəkili S.Rüstəmxanlıya dəvətnamə göndərilib.

Qeyd edək ki, S.Rüstəmxanlı artıq dəvəti qəbul edib və qurultayda iştirak üçün bütün texniki məsələlər həll edilib.

AzNews.az