Futbol matçı zamanı azarkeş polisi döydü

23 Oktyabr 2012 11:07 (UTC+04:00)


"Kayserispor" – "İstanbul BŞB" qarşılaşmasında azarkeşlər polisləri döyüb.
AzNews.az xəbər verir ki, ilk hissəsi 0:0 hesabı ilə bitən qarşılaşmanın fasiləsində təhlükəsizlik əməkdaşları bir azarkeşi stadiondan çıxarmağa çalışıb. Bu səbəbdən də azarkeşlərlə təhlükəsizlik qüvvələri arasında dava düşüb.

Polislərin tərəfdarları bibər qazı ilə sakitləşdirmək istəməsi isə münaqişəni daha da böyüdüb. Azarkeşlər oturacaqları yerindən sökərək polislərin üzərinə atıb. Bir tərəfdarın polisin başına oturacaq vurması isə jurnalistin fotokamerasına tuş gəlib. Nəticədə 4 polis yaralanıb, 2 azarkeş isə nəzarətə alınıb. Yaralanan polislər xəstəxanaya yerləşdirilib.

Rüfət Azəri
AzNews.az