Gürcüstanda adam öldürdü - Bakıda tutuldu

30 Sentyabr 2015 23:47 (UTC+04:00)

AzNews.az-ın Qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, Bakı şəhər sakini Eldar Əhmədov Gürcüstan Cinayət Məcəlləsinin 108-ci (qəsdən adam öldürmə) və 239-cu (xuliqanlıq) maddələri ilə axtarışa verilib.

Nərimanov RPİ 16-cı Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Eldar Əhmədov saxlanılıb.