MTRŞ ANS-dən üzr istəyə bilər – Vəkil

1 Oktyabr 2015 12:20 (UTC+04:00)

ANS MYMŞ-nın Baş Direktoru Mir Şahin Ağayev müsahibəsində bildirib ki, MTRŞ-ın verilişlərin bağlanması ilə bağlı yaydığı məlumat ANS-in işgüzar nüfuzunu zərbə altına alır və tamaşaçıların zövq və istəklərini təhqir edir.

Hüquq müdafiəçisi Adəm Məmmədov AzNews.az-a açıqlamasında bildirib ki, ANS MTRŞ-dan təzminat istəyə bilər:"Mülkü prosedur məcəlləsinin 4-cü maddəsinə əsasən Milli Teleradio Şurasının açıqlamasının həqiqətən qərəzli olması və işgüzar nüfuzuna xələl gətirməsi sübuta yetirilərsə məhkəmə bununla bağlı qərar verə bilər. Bu məsələlər məhkəmə tərəfindən araşdırılacaq. Bundan sonra ANS Milli Teleradio Şurasına həm təzminat, həm də üzr istəmək tələbi ilə iddia qaldıra bilər".

A.Məmmədov bildirib ki, iddianın əsasında "Sən Tək deyilsən!" və "Xoşqədəmlə axtarıram səni" verilişinin dayandırılması məsələsi dayanmır: "Burada söhbət verilişin dayandırılmasından sonra bildirilən münasibətdən gedir. Veriliş bağlana da bilər. Gündə bir veriliş bağlanır. Amma söhbət verilişə, kanala qarşı münasibətdən gedir".

Bahar RÜSTƏMLi
AzNews.az