Hasar aşdı - 1 nəfər öldü

1 Oktyabr 2015 13:35 (UTC+04:00)

AzNews.az Daxili İşlər Nazirliyinə istinadən istinadən xəbər verir ki, sentyabrın 29-da Cəlilabad rayonunun Həziabad kəndində yaşayan Əhmədağa Paşayev həyətində üstünə daş hasarın aşması nəticəsində ölüb.

Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.