Siyavuş Novruzov: “Belə aksiya Azərbaycan tarixində olmamışdı”

23 Oktyabr 2012 11:46 (UTC+04:00)
"Buna xəcalət çəkməyib, aksiya deyirlərsə, qoy desinlər". Bunu AzNews.az-a Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov müxalif düşərgəsinin yenidən aksiya təşkil etmək fikrinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, müxalifət oktyabrın 20-də baş verənlərin şəkillərini çəkib, Avropaya göndərir: "Buna xəcalət çəkməyib, aksiya deyirlərsə, qoy desinlər. Amma bu xəcalətlə mətbuata çıxmasınlar. Belə aksiya Azərbaycan tarixində olmamışdı. Müxalifət rəhbərləri nə deməlidirlər ki? Əlbəttə, öz etdiklərini yüksək qiymətləndirəcəklər. Yenidən aksiya keçirsələr də, uğursuzluğa düçar olacaqlar".

S.Novruzov qeyd edib ki, aksiya keçirmək üçün sosial baza olmalıdır: "Bu elektoratla ayrılmış yerdə öz gücünü göstərməlisən. Müxalifət partiyalarında isə deyilənlər yoxdu. Ona görə də aksiyanı "Tarqovi"da keçirirlər ki, adamın sayı çox görünsün. Bu da orada hərəkət edən insanlara narahatlıq yaradır".

İlkin Pirəli
AzNews.az