Dərslik tələblərə cavab vermir - TQDK-dan açıqlama

1 Oktyabr 2015 16:08 (UTC+04:00)

TQDK-dan AzNews.az-a daxil olan məlumata görə, 2015-ci ilin əvvəlində dərsliyin maketi TQDK-nın ekspertləri tərəfindən "Dərsliklərin qiymətləndirilməsi meyarları" əsasında dərsliyin və "Müəllim üçün metodik vəsait"in məzmununun işlənməsi, dil və yazı üslubu, dizayn və bədii tərtibat baxımından təhlil edilərək, rəy hazırlanıb.

Maketin qeyd edilən meyarlar üzrə tələblərə tam cavab vermədiyi rəydə göstərilmiş və rəy Təhsil Nazirliyinə göndərilib.