Məscid bombalandı - 5 ölü, 20 yaralı

1 Oktyabr 2015 22:35 (UTC+04:00)

AzNews.az Qafqazinfo-ya istinadən xəbər verir ki, İdlibin Cisr əş-Şuğur mahalında baş verən hadisədə 5 nəfər ölüb, 20 nəfər isə yaralanıb.

Müxaliflərin nəzarətində olan Ömər Bin Hattab məscidinə ciddi ziyan dəyib.

Hadisə yerinə xilasetmə qüvvələri cəlb olunub. Ölü sayının artacağı ehtimal edilir.