Jurnalisti döyən şəxslər AKP üzvü imiş - Şok faktlar

2 Oktyabr 2015 10:53 (UTC+04:00)

Lent.az sözcü.com.tr-yə istinadən xəbər verir ki, həbs edilənlərdən 2-nin Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) üzvü olduğu aydınlaşıb.

Kanal D-nin xəbərlər proqramında verilən məlumata görə, həbs edilən 4 nəfərin hamısı İstanbulun Fatih bölgəsində yaşayır və qohumdurlar. Onlardan ikisi hakim partiyanın üzvüdür.

Yaxalanan şəxslərin bir sıra cinayət əməllərinə görə əvvəllər məhkum olunduğu da bildirilir