Bakıya yenı yağış yağacaq

23 Oktyabr 2012 15:00 (UTC+04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 23-dən 24-nə keçən gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacaq. Günün ikinci yarısında hava dəyişkən buludlu olacaq, axşama doğru əsasən yağmursuz keçəcəyi gözlənilir.

Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 14-17, gündüz 19-23 dərəcə isti təşkil edəcək. Azərbaycanın rayonlarında oktyabrın 24-də bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 10-15, gündüz 20-25, dağlarda gecə 3-8, gündüz 11-16 dərəcə isti olacağı gözlənilir. Oktyabrın 24-də günün ikinci yarısınadək Abşeron yarımadasında tutqun hava şəraitinin üstünlüyü ilə əlaqədar temperatur bir qədər aşağı enərək 19-22 dərəcə isti təşkil edəcək.

Elnarə Əlosmanqızı
AzNews.az