Azərbaycan alpinistləri Şahdağda

23 Oktyabr 2012 12:45 (UTC+04:00)
25 oktyabr-4 noyabr tarixləri arasında Azərbaycan Alpinizm Federasiyası (AAF) Şahdağ dağlıq ərazisində alpinizm üzrə təlim-məşq toplantısı keçirtməyi nəzərdə tutur. Trend federasiyaya istinadən məlumat verir ki, təlimlərdə həm təcrübəli, həm də gənc idmançıların iştirakı gözlənilir. Toplantı AAF-ın alpinizm üzrə təcrübəli təlimatçılarının nəzarəti altında keçiriləcək.

Təlim-məşq toplantısı proqramı çərçivəsində Bazaryurd (4126 m), Qızıl Qaya (3751 m), Tufandağ (4191 m) zirvələrinə dırmanma planlaşdırılır. Sözügedən tədbirdə "Nikoil", "Respublika Alpinist-Turist klubu", "İrbis", "Qartal" klublarından 24 idmançı iştirak edəcək.

AzNews.az