Qətldə təqsirləndirilən “başıqırxıqlar”a hökm oxundu
23 Oktyabr 2012 14:45 (UTC+04:00)
Moskva şəhər məhkəməsində milli düşmənçilik zəminində hücum və qətillərdə günahlandırılan 6 skinxedə hökm oxunub. "RİA Novosti"nin məlumatına görə, mühakimə olunanlardan biri Stepan Kuzmin bəraət alıb.
Mühakimə olunanlardan 4 nəfəri hadisəni törətdikləri zaman yetkinlik yaşına çatmadığından məhkəmə onlar barəsində 10 il azadlıqdan məhrumetmə qərarı çıxarıb. Məhkəmə materiallarına əsasən, qatillər ilk qətli 2009-cu ildə törədiblər. Ermənistan vətəndaşı olan şəxsə çoxsaylı zərbə endirən qatillər daha sonra ona 11 bıçaq zərbəsi vurublar.
2010-cu ildə isə onlar asiyalı hesab etdikləri başqa bir şəxsə hücum ediblər. Həmin ilin aprelində onlar ərəb olduğunu güman etdikləri şəxsə öldürmək məqsədilə hücum ediblər. Ona 27 bıçaq zərbəsi vurulsa da, hücuma məruz qalan şəxs qaçmağa müvəffəq olub.
Elnarə Əlosmanqızı
AzNews.az