Məcburi köçkünlər aksiya keçirdi - Video

3 Oktyabr 2015 13:13 (UTC+04:00)

AzNews.az meydan.tv-yə istinadən xəbər verir ki, aksiyaya səbəb rayonun icra başçısı Akif Səlimovun sakinlərə verilməli olan torpaqları başqalarına satmasıdır. Aksiya ərazisində etirazçılara polis müdaxiləsi var. 2 nəfər həbs edilib. İlqar Məmmədov və Aslan İbrahimovun hərəsinə 15 sutka inzibati cəza verilib.

Etirazçıların bildirdiyinə görə, həbs edilənlər polis bölməsində döyülüb. Aslan İbrahimovun ürək xəstəliyindən əziyyət çəkdiyini dəyən anası Sahibə İbrahimova MeydanTv-yə deyib ki, oğlunun həkimə ehtiyacı olsa da, yanına həkim buraxılmır.

Şahidlərin sözlərine görə, Laçın rayon polis şöbəsində müvəqqəti saxlama təcridxanası olmadığı üçün həbs edilənlər Ağcabədi rayonuna göndəriliblər.

Laçın rayon polis şöbəsinin rəisi Məhəmməd Kərimov saxlanılanların döyülməsi ilə bağlı məsələyə münasibət bildirib. M. Kərimov "Qafqazinfo"ya açıqlamasında qeyd edib ki, həbs edilən iki nəfərə heç polis bölməsinə də gətirilməyib: "Onlardan evində izahat alınıb, sonra isə məhkəməyə aparılıb. Barələrində 15 sutka həbs cəzası verilib. Burada heç bir döyülmədən söhbət gedə bilməz. Sadəcə onlar polisin tələblərinə riayət etmədikləri üçün məhkəmə barələrində həbs qətimkan tədbiri seçib".