Əczaçılıq klasteri yaradılacaq - Azərbaycanda

3 Oktyabr 2015 18:25 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bunu Trend-ə Sankt-Peterburqun Sahibkarlığın və istehlak bazarının inkişafı komitəsinin sədri Elgiz Kaçayev Bakıda keçirilmiş Azərbaycan-Rusiya biznes-forumu çərçivəsində deyib.

Onun sözlərinə görə, Sankt-Peterburqun əczaçılıq məhsullarının hazırlanması və istehsalı sahəsində böyük potensialı var: "Xeyli ərczaçılıq klasterləri var. Azərbaycanlı tərəfdaşlarımız da belə klasterin Azərbaycanda inkişafında maraqlı olduqlarını ifadə ediblər. Buna görə də Sankt-Peterburq belə klasterin Azərbaycanda işə salınması üzrə birgə investisiyalar və kömək məsələsində əməkdaşlıq etməyə hazırdır".