Azərbaycan Türkiyəyə sərmayə yatırımlarını artıracaq - 20 milyard dollar

3 Oktyabr 2015 22:44 (UTC+04:00)

AzNews.az Oxu.Az-a istinadən xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Bakıda səfərdə olan Türkiyənin gömrük və ticarət naziri Cenap Aşçı ilə görüşdə bildirib.

Türkiyənin Azərbaycanın əsas ticarət tərəfdaşı olduğunu qeyd edən nazirin sözlərinə görə, ölkələr arasında qarşılıqlı investisiya qoyuluşları həyata keçirilir.

"2020-ci ilədək Türkiyəyə yatırılacaq investisiyaların 17-20 milyard ABŞ dollarına çatdırılması nəzərdə tutulur", - deyə, Ş. Mustafayev bildirib.