İki yük maşını toqquşdu - Yaralanan var

3 Oktyabr 2015 23:10 (UTC+04:00)

AzNews.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə magistralın 83-cü km-də qeydə alınıb. İki "Kamaz" markalı yük maşınının toqquşması nəticəsində sürücülərdən biri, 1958-ci il təvəllüdlü Xudat şəhər sakini Cavanşir Əli oğlu Yarməmmədov müxtəlif sınıq xəsarətləri ilə Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.

Faktla bağlı BDYP-nin İstintaq və Təhqiqat Bölməsində araşdırmalar aparılır.