Toydan qayıdan mikroavtobus qəzaya düşdü - 4 yaralı

4 Oktyabr 2015 10:27 (UTC+04:00)

AzNews.az report-a istinadən xəbər verir ki, qəza toydan qayıdan "Ford" markalı "40 BL 392" dövlət qeydiyyat nişanlı sərnişin mikroavtobusu ilə "KİA" markalı "90 TB 530" dövlət qeydiyyat nişanlı minik avtomobilinin toqquşması nəticəsində baş verib.

Hadisə nəticəsində 4 nəfər yaralanıb. Onlardan üçünün vəziyyəti ağırdır. Yaralılardan üçü mikroavtobusda, 1 nəfər isə "KİA"da olub.

Zərərçəkənlər Quba Mərkəzi Rayon Xəstəxanasına aparılıb.