Sabahın hava proqnozu - Yağış, külək

4 Oktyabr 2015 13:15 (UTC+04:00)


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzNews.az-a verilən məlumata görə, arabir güclənən şimal-qərb küləyi gündüz mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq.

Temperatur gecə 16-19°, gündüz 22-25° isti təşkil edəcək.

Azərbaycan rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Gecə 12-17°, gündüz 21-26° isti olacaq, dağlarda gecə 7-12°, gündüz 16-21° isti olacağı gözlənilir.