52 yaşlı kişi çayxanada öldü

4 Oktyabr 2015 20:48 (UTC+04:00)

AzNews.az-ın APA-ya istinadən verdiyi məlumata görə, fakt Xaçmaz rayonu Səid Qurbanov küçəsində qeydə alınıb. Xaçmaz sakini 52 yaşlı Məmmədəli İbrahimov çayxanada ölüb.

İlkin ehtimala görə, o, ürək tutmasından ölüb.

Hadisə yerinə rayon hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Ölümün səbəbi tibbi ekspertizadan sonra məlum olacaq.