FİDE-nin prezidenti Bakıda - FOTO

4 Oktyabr 2015 20:59 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, FİDE prezidenti Kirsan İlyumjinov Dünya Kubokunun finalına baxmaq üçün bu gün Bakıya gəlib. Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov və FİDE-nin rəhbəri finalçılarla görüşərək onlara uğurlar arzulayıb. Yarış zalı, mətbuat otağıyla tanış olan Kirsan İlyumjinov yaradılan şəraiti yüksək qiymətləndirib, təşkilatçılara təşəkkürünü bildirib.

Gənclər və İdman Naziri Azad Rəhimov, FİDE prezidenti Kirsan İlyumjinov, eləcə də Bakı Şahmat Olimpiadası və Dünya Kuboku Əməliyyat Komitəsinin direktoru, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov görüş keçiriblər.Yüzlərlə insanın cəlb olunduğu xilasetmə əməliyyatı bu gün də davam edib.