MKİ ilə əməkdaşlıq qanuni olubmu?

23 Oktyabr 2012 16:19 (UTC+04:00)


London məhkəmələrinin birində ABŞ-a məxsus pilotsuz təyyarələrin Pakistandakı hərbi əməliyyatlarında Böyük Britaniyanın da iştirakının qanuni olub-olmaması məsələsinə baxılır. AzNews.az-ın məlumatına görə, bu məsələyə Pakistan vətəndaşı olan Nur Xanın ərizəsi əsasında baxılır.

Sözügedən şəxsin bildirdiyinə görə, onun atası, eləcə də onlarla başqa dinc vətəndaş ABŞ-ın hərbi hava qüvvələrinin ötən il ölkənin Şimali Vazaristana endirdiyi avia zərbələr nəticəsində həyatını itirib.

Qeyd edək ki, Britaniya hökuməti ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi ilə əməkdaşlığını təsdiqləməsə də, uçan pilotsuz aparatların sınaqdan keçirilməsi ilə bağlı birgə proqramda iştirakını da inkar etmir.

Ədil
AzNews.az