DİN-dən Tərtərdə valideynlərini öldürən gənclə bağlı - Açıqlama

5 Oktyabr 2015 14:08 (UTC+04:00)


AzNews.az DİN-in saytına istinadənxəbər verir ki, oktyabrın 4-də Tərtər rayon sakini, ruhi xəstə Qurban Nəsibov Cəmilli kəndində yaşadığı evdə münaqişə zəminində atası Xanbabaya və anası Nazlıya küt alətlə xəsarət yetirib hadisə yerini tərk edib.

Xanbaba və Nazlı hadisə yerində ölüblər.

Tərtər rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən görülmüş tədbirlərlə Q.Nəsibov tutulub.