“Facebook” “terrorizmin mənbəyi“dir - BMT

23 Oktyabr 2012 16:46 (UTC+04:00)


BMT mütəxəssisləri "İnternetdən terrorizm məqsədilə istifadə" adlı yeni hesabatını təqdim edib. Hesabatda dünyanın ən böyük sosial şəbəkəsi olan "Facebook" müasir terrorçuların öz sıralarına yeni əsgərlər cəlb etdiyi məkan adlandırılıb. Terrorizmin təbliği üçün istifadə olunan saytlar siyahısına, həmçinin "YouTube", "Twitter" və "Google"-un bəzi xidmətləri daxil edilib.

"ICTnews.az" elektron xəbər xidməti "pitbit.ru" saytına istinadən bildirir ki, BMT-nin üzvləri "Facebook" və digər internet resursların administrasiyasını kiberterrorizmlə mübarizədə fəal olmağa səsləyib. ABŞ-ın müdafiə naziri bildirib ki, müasir sosial şəbəkə və xidmətlərin yaratdığı kibertəhlükələr Amerikanın milli təhlükəsizliyinə real təhlükələr yarada bilər. BMT-nin yeni hesabatına daxil edilmiş saytların nümayəndələri hələ ki bununla bağlı heç bir şərh verməyiblər.

AzNews.az