Gülağa Tənhanın namizədliyi qeydə alınmadı

5 Oktyabr 2015 19:48 (UTC+04:00)
AzNews.az xəbər verir ki, bu barədə Modern.az saytına dairədən məlumat verilib. Dairənin qərarından 3 gün müddətində şikayət vermək hüquq olan deputatlığa iddialı G.Tənha heç bir şikayət verməyib.

Bununla da o, DSK-nın qərarı ilə razılaşdığını bildirib və seçki marafonundan geri çəkilib.

Qeyd edək ki, Milli Məclisin deputatı Elmira Axundova bu dairədən yenidən namizədliyini irəli sürüb.

Gülağa Tənha seçki marafonundan kənarlaşdıqdan sonra onun elə də güclü rəqibi qalmayıb.